Türkiyədə şarj edilən telefon yanğına səbəb olub.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Adıyaman şəhərinin Gölbaşı qəsəbəsində dördmərtəbəli binada baş verib. Burada yaşayan Səlcuq. A gecə telefonu batareya yığması üçün adapterə qoşub. Səhərə yaxın isə telefon qəfil yanğına səbəb olub. Nəticədə bütün ev yanıb.
Ev sahibi və qonşular dərhal yanğınsöndürənlərə məlumat verib. Hadisə yerinə gələn əməkdaşlar yanğının yayılmasının qarşısını alıb.