Sankt-Peterburqda azərbaycanlı faciəvi şəkildə  öldü
19 iyun 2024 13:25 (UTC +04:00)

Sankt-Peterburqda azərbaycanlı faciəvi şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhərində ölümlə nəticələnən yol qəzası olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, qəza iyunun 17-də saat 5:10-də Kalininski rayonunun Suzdal prospektində, ev 73-ün yaxınlığında baş verib.

32 yaşlı Azərbaycan vətəndaşı "LADA Largus" markalı avtomobillə Svetlanovski prospektindən Kulturı prospekti istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan "MAN" markalı yük maşınına çırpılıb.

Nəticədə "Lada"nın sürücüsü yerindəcə keçinib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Mehman Nəbiyev

Oxşar yazılar