Sancaq, düymə, bolt, qulaqcıq... Bağırsaqlarında 60 yad cisim  aşkarlandı
30 sentyabr 2023 11:46 (UTC +04:00)

Sancaq, düymə, bolt, qulaqcıq... Bağırsaqlarında 60 yad cisim aşkarlandı

Kişinin bağırsaqlarında 60 ədəd yad cisim aşkarlanıb.

Lent.az xəbər verir ki, hadisə Hindistanda baş verib. Bərk və həzm olunmayan cisimləri udması onun uzun müddət mədə ağrısı çəkməsinə səbəb olub.

Həkimlər müayinə zamanı şoka düşüblər. Məlum olub ki, xəstə düymələrdən tutmuş qulaqcığa qədər bir çox məişət əşyalarını udub. 35 yaşlı Kuldip Sinq şiddətli qarın ağrısı və yüksək hərarət şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər problem sahəsini skan edərkən həyəcan verici mənzərə ilə rastlaşıblar. Pasiyentin sınıq medalyonlar, zəncirlər, qoz-fındıqlar, boltlar, qulaqlıqlar, saç sancaqları, maqnitlər, köynək düymələri və bir çox başqa yeyilməyən əşyalar da daxil olmaqla 60-a yaxın bu kimi əşyalar udduğu ortaya çıxıb.

Kişiyə həmçinin bu əşyaları məcburi şəkildə udduğu üçün psixi xəstəlik diaqnozu qoyulub. Maraqlıdır ki, xəstənin yaxınları həmin şəxsin bu xəstəlikdən əziyyət çəkdiyini bilməyiblər.

Onu əməliyyat etmək qərarına gələn Pəncabın Moqa şəhərindəki xəstəxananın direktoru Ajmer Sinq Kalra udulan əşyaların içində iti ucluların da mövcudluğu üçün kişinin mədəsində ciddi yaralar olduğunu bildirib.

Sinq təxminən üç saatlıq əməliyyat keçirib. Prosedur uğurlu olsa da, xəstənin vəziyyəti ağır olaraq qalır və süni nəfəs aparatındadır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2726

Oxşar yazılar

Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə

Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə

5 may 2025 , 18:36
Maştağada ögey anasını qətlə yetirənə  HÖKM OXUNDU

Maştağada ögey anasını qətlə yetirənə HÖKM OXUNDU

5 may 2025 , 18:33
Mahaçqalada polislər güllələndi:  Ölənlər var - VİDEO  - YENİLƏNİB

Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB

5 may 2025 , 17:54
Bakıda hostel yandı

Bakıda hostel yandı

5 may 2025 , 16:07
Meşədə itkin düşən ŞƏHİD ATASI  TAPILDI-YENİLƏNİB

Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB

5 may 2025 , 16:05
Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

5 may 2025 , 15:38
Tanınmış həkim silahla tutuldu

Tanınmış həkim silahla tutuldu

5 may 2025 , 15:36
Sumqayıtda mopedlərə qarşı REYD

Sumqayıtda mopedlərə qarşı REYD

5 may 2025 , 15:25