Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
"Khazar" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı sürücü 35 yaşlı N.Məmmədov və avtomobildə olan 2 sərnişin xəsarət alaraq Gəncədə yerləşən xəstəxanaların birinə yeləşdirilib. Dərhal onlara yardım edilib.
Xəsarət alanlardan iki nəfərin vəziyyətinin normal olduğunu bildirilir.
Sürücüsü N.Məmmədovun vəziyyəti isə ağırdır.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.