Samux sakini qonşusu tərəfindən bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb. Hadisənin təfərrüatları araşdırılır.