Avroviziya təmsilçimiz Samirə Əfəndinin avtomobilinə hücum edilməsi barədə xəbər vermişdik.
Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən X.Atakişiyev müəyyən edilərək saxlanılıb.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.
Lent.az-ın əldə etdiyi məlumata görə, X. Atakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib edilib. Protokola Nəsimi rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin ilk iclası martın 9-da keçiriləcək.