Şamaxıda qumar oynayanlar  tutuldu
08 fevral 2025 10:56 (UTC +04:00)

Şamaxıda qumar oynayanlar tutuldu

Şamaxıda qumarxana aşkarlanıb.

Lent.az xəbər verir ki, Şamaxı rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1975

Oxşar yazılar