Salyanda Kür çayında batan yeniyetmənin meyiti sudan çıxarıldı - YENİLƏNİB-1
30 avqust 2021 08:23 (UTC +04:00)

Salyanda Kür çayında batan yeniyetmənin meyiti sudan çıxarıldı - YENİLƏNİB-1

Salyanda Kür çayında batmış yeniyetmənin meyiti çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 15 yaşlı Emil Əziz oğlu Baxışovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliv.

***

Saat 02:10

Salyanda yeniyetmənin Kür çayında batması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 29-da axşam saatlarında Salyan şəhəri Babazanlı massivi ərazisində Kür çayında taxta qayığın batması nəticəsində qayıqda olan 3 yeniyetmədən biri - 15 yaşlı Emil Əziz oğlu Baxışov suda boğulub. Digər azyaşlılar xilas edilib.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar bu gün havanın işıqlanmasından sonra davam etdiriləcək.

***

Saat 22:45

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bir nəfər batıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4320

Oxşar yazılar