Salyanda avtomobil piyadanı  vurub öldürdü - YENİLƏNİB
04 oktyabr 2025 22:01 (UTC +04:00)

Salyanda avtomobil piyadanı vurub öldürdü - YENİLƏNİB

0

Salyanda avtomobil qadın piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil  yolu keçən Salyan şəhər sakini, 1955-ci il təvəllüdlü Zeynalova Rəna Bəhlul qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

***

21:23

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Salyan şəhərində işıqforun keçidində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçən piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar