Saleh Rüstəmli
30 dekabr 2021 16:59 (UTC +04:00)

Saleh Rüstəmli

Saleh Rüstəmli barəsində tibbi ekspertiza təyin edildi

1

Gədəbəy rayonunun həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlinin səhhətində olan problemlərlə bağlı cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı vəkilləri tərəfindən verilən vəsatətə baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində tibbi ekspertiza təyin edilib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2066

Oxşar yazılar