"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxundu
24 fevral 2025 12:28 (UTC +04:00)

"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxundu

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O bildirib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib: "Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin".
Mətləb Bağırovun vəkili müdafiə etdiyi şəxsin məhkəmədə sərgilədiyi davranışın da nəzərə alınmasını söyləyərək, ona bəraət verilməsini xahiş edib.

Daha sonra Mətləb Bağırov son söz deyib. O, hakimlərdən ədalətli qərar verilməsini xahiş edib: "Məhkəmədən xahiş edirəm ki, mənə bəraət verilsin. Hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində əziyyətimi çəkən əməkdaşlara və vəkilimə də təşəkkür edirəm".

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Mətləb Bağırov 3 il jurnalist fəaliyyəti ilə məşğul olması qadağan edilərək, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar

Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36
Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

3 iyun 2025 , 15:35
Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

3 iyun 2025 , 14:54