"Şahdağ"a icazəsiz  gedən arvadını döydü, cinayət işi  açıldı
29 iyul 2026 12:56 (UTC +04:00)

"Şahdağ"a icazəsiz gedən arvadını döydü, cinayət işi açıldı

0

Bakıda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

38 yaşlı Ramiz Xuduyev (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını əli ilə vurub itəyələrək, bir sıra xəsarətlər yetirib. Buna səbəb isə qadının xəbərsiz “Şahdağ” istirahət mərkəzinə getməsi olub. Ramiz ondan xəbərsiz adı çəkilən istirahət mərkəzinə gedən arvadını qısqanıb və bu səbəbdən aralarında mübahisə yaranıb. Cütlüyün mübahisəsi 40-50 dəqiqə çəkib.

Hadisədən sonra qadın polisə şikayət edib. Ramiz Xuduyev şikayət əsasında polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bu özünün birinci, arvadının isə ikinci evliliyidir və 10 ildir ki, ailə qurublar. O, əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını deyib. Zərərçəkmiş qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Ramiz Xuduyev məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar