Erməni girovluğundan azad olunan Şahbaz Quliyev polisə dəvət edilib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, Ş. Quliyev aidiyyatı üzrə polis orqanına dəvət olunub: “Şahbaz Quliyev bölmədə dinlənilib. Daha sonra o, sərbəst buraxılıb. Onun barəsində heç bir inzibati icraat tədbiri tətbiq olunmayıb”.
Qeyd edək ki, Ş. Quliyev bu gün Bakı şəhər İcra Hakimiyyətinin binasına girmək istəyərkən insident yaşanıb.