Saratov vilayətində riyaziyyat müəllimi intihar edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bundan bir qədər əvvəl valideynlər onu şagirdlərə qarşı təcavüzdə ittiham etmişdilər.
Hadisə Pinerovka kəndində baş verib. Məlumata görə, yeddinci sinif şagirdlərinin valideynləri direktorun yanına gələrək sinifdə uşaqları incidən 59 yaşlı müəllimdən şikayətləniblər. Xüsusilə, bildiriblər ki, kişi guya uşaqların qulağına nəsə pıçıldayır, başlarına, çiyinlərinə toxunur. Müəllim özü isə bütün ittihamları rədd edərək “onsuz da heç kim ona inanmayacaq” deyib və bir-iki gündən sonra əlaqəni tamamilə kəsib.
Onlar bir həftə müəllimi axtarıblar və bir gün əvvəl, mayın 23-də onun meyiti Pinerovkadan bir kilometr aralıda yerləşən Xopyer çayında tapılıb. Məlumata görə, həmin şəxs 38 il məktəbdə çalışıb və bir neçə fəxri ad alıb.