Mordoviyada hüquq-mühafizə orqanlarının əməkdaşları 6 yeniyetməyə qarşı yalançı məlumatlara görə cinayət işi açıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, məktəblilər 5 dəfə təhsil müəssisəsini minaladıqları barədə məlumat veriblər. Onlar sosial şəbəkələrdə mesajlar yayıblar ki, sonuncusu Yeni il qabağı olub.
Həbsdən sonra yeniyetmələr dərsdən bezdiklərini və dərsdən yayınmaq üçün bəhanə istədiklərini etiraf ediblər. Altı azyaşlının hamısına qarşı şübhəli şəxs kimi barələrində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, məktəblilər Rusiya Cinayət Məcəlləsinin 207-ci maddəsi (“Terror aktı haqqında bilə-bilə yalan məlumat vermə”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinirlər. Bu maddə ilə cinayət məsuliyyəti 14 yaşından başlayır.