Şagird müəllimi döyüb xəstəxanalıq etdi - ŞOK OLAY
02 iyun 2023 14:09 (UTC +04:00)

Şagird müəllimi döyüb xəstəxanalıq etdi - ŞOK OLAY

Surqutda məktəbli kitabı müəllimin başına çırparaq onu döyüb.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə 2 saylı xüsusi məktəbdə baş verib. Müəllim yeniyetmənin biliyini artırmaq üçün kömək onu əlavə dərsə dəvət edib.

Müəllim dəftərə tarixi yazmağı xahiş etdikdən sonra şagird dərsliyi götürərək müəllimin başına üç dəfə zərbə endirib. Xəsarət alan qadın beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisədən sonra müəllim bir ay xəstəlik məzuniyyətində olub. Yeniyetmə haqqında cinayət işi açılıb. Qeyd olunur ki, şagird mütəmadi olaraq müəllimləri təhqir edir, onların dərslərinə mane olur, siniflərdə poqromlar təşkil edir.

# 1902
avatar

Oxşar yazılar