Sabirabadda qəzaya düşən sərnişin 3 gün sonra öldü
29 iyun 2023 13:36 (UTC +04:00)

Sabirabadda qəzaya düşən sərnişin 3 gün sonra öldü

0

Sabirabadda yol qəzasında yaralanan şəxs ölüb.

Lent.az xəbər verir ki, hadisə iyunun 25-də rayonun Bulduq kəndində baş verib. Kənd sakini 46 yaşlı Musayev Ramin İsmət oğlunun idarə etdiyi “VAZ 2103” markalı avtomobil 65 yaşlı Rzayev Məmmədhüseyn Ağamirzə oğlunun idarə etdiyi “MKT İK” MMC-yə məxsus traktorla toqquşub. Nəticədə minik maşınından olan 37 yaşlı Əliyev Tural Vahid oğlu ağır xəsarət alaraq, Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lakin görülən tədbirlərə baxmayaraq, o, iyunun 28-i gecə saatlarında xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2238

Oxşar yazılar