Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib. “Mercedes” markalı avtomobil kənd sakini E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Avtomobili idarə edən şəxsin uşağın dayısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.