Sabiq bələdiyyə sədrinə cinayət işi  açıldı
16 dekabr 2022 18:04 (UTC +04:00)

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Cəlilabadda bələdiyyədə baş vermiş qanunsuz əməllərlə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayonu, Privolnoye kənd sakini Rzayev Əfqan Məhəmməd oğlunun yaşadığı kəndin ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış ilkin araşdırma zamanı Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Məmmədov Qəmbər Nüsrət oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 01.01.2015-ci il tarixdən 01.08.2022-ci il tarixədək olan müddət ərzində bələdiyyə büdcəsinə ziyan vurmaqla həmin məbləğdə pul vəsaitini israf etməsinə, işlədiyi dövr ərzində ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədləri saxtalaşdırmaqla vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Oxşar yazılar