Rüşvətxor  yol polisi rəisi saxlanıldı
14 avqust 2024 15:52 (UTC +04:00)

Rüşvətxor yol polisi rəisi saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə İdarəsinin əməkdaşları Aksay vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin şöbə rəisini rüşvətxorluqda şübhəli bilinərək saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, faktla bağlı rüşvət alma maddəsi ilə cinayət işi başlanıb.

Qeyd olunur ki, saxlanılan şəxs bir neçə ay ərzində tabeliyində olan şəxslərdən himayədarlıq üçün 8,5 min rubl, (təxminən 158 manat) habelə cərimə meydançasına yerləşdirilən avtomobilin sahibindən müəyyən məbləğlər tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4761
avatar

Oxşar yazılar