Rusiyanın Voronej vilayətində rüşvət alan yol polisi əməkdaşı cəzalandırılıb.
Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki, 20 min rubl (təxminən 372 manat) rüşvət alan yol polisi kapitanı Pavel Semenets məhkəmənin qərarı ilə 1,4 milyon (təxminən 16 min 40 manat) cərimələnib.
O, həmçinin kapitan rütbəsini də itirib və 3 il ərzində hüquq-mühafizə orqanlarında vəzifə tutması qadağan edilib.
Xatırladaq ki, yol polisi may ayında qadın sürücüdən protokol tərtib etməmək qarşılığında 20 min rubl alıb.