Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev  saxlanıldı - VİDEO
17 sentyabr 2024 09:02 (UTC +04:00)

Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanıldı - VİDEO

Keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, O, saxlanılıb.

Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646
avatar

Oxşar yazılar