Rusiyanın Rostov şəhərində azərbaycanlı taksi sürücüsü güllələnib.
Lent.az-ın “Druzya Kabelo” teleqram kanalına istinadən məlumatına görə, hadisəni kapitan rütbəli hərbçi törədib.
Azərbaycanlı sürücü kapitanı müştəri kimi təyin olunan yerə apararkən söhbət Ukraynada gedən müharibədən düşüb. Sürücü Rusiyanın hərəkətlərini təcavüz adlandırıb, Rusiya ordusunun vəhşiliklərindən danışıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb.
Bu vaxt əsəbləri dözməyən kapitan xidməti tapançasını çıxararaq sürücüyə 4 güllə vurub. Azərbaycanlı yerindəcə ölüb.
Faktla bağlı cinayət işi qaldırılıb.