Rusiyanın Yamal-Nenes Muxtar Dairəsində qətldə günahlandırılan Vladimir Yadni ömürlük azadlıqdan məhrumetmə cəzası ilə həbs edilib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Qaze-Sale qəsəbəsində yaşayan Yadni 3 adamı öldürdükdən sonra onları doğrayıb yeyib.
“Yamal-Media”nın yazdığına görə, bu hadisə qəsəbə sakinləri arasında şok yaşadıb.
Vladimirin istintaqa verdiyi ifadəsində adamları yeməyi ondan ölmüş pişik və qara mələyin istədiyi qeyd olunub. Qatil bu açıqlama ilə psixi sağlamlığının yerində olmadığını göstərmək istəyib. Lakin ekspertiza onun heç bir ruhi pozğunluğunun olmadığını göstərib.