Bakıda kişi itkin düşüb.
Lent.az xəbər verir ki, Binəqədi rayonu 9-cu mikrorayon ərazisi Mir Cəlal küçəsində yaşayan Rusiya vətəndaşı 60 yaşlı Rzayev Ədalət Teymur oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Onun ruhi əsəb xəstəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.