“Relax”da FACİƏ:  Çayçının meyiti...
09 iyul 2021 21:48 (UTC +04:00)

“Relax”da FACİƏ: Çayçının meyiti...

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.

Lerik rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7902

Oxşar yazılar