Rəisi istismar edən polis polkovniki  saxlanıldı
26 noyabr 2024 19:44 (UTC +04:00)

Rəisi istismar edən polis polkovniki saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində FSB Daxili İşlər Nazirliyinin Mərkəzi Dairə üzrə rəhbəri Denis Danileviçi saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, artıq polkovnikin mənzilində və ofisində axtarışlar aparılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsi (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) ilə iş başlanıb.

Müstəntiqlər hesab edirlər ki, Danileviç Mərkəzi Rayon Yol Polisi İdarəsinin rəisi Andrey Timoşenkoya maşınlarına səs izolyasiyası quraşdırmağı tapşırıb. Eyni zamanda, Timoşenkonun hesabına 100 min rubl dəyərində iş görülüb. Bundan əlavə, polis yol polisi rəisinin hesabına Nevada qayıqla gəzintiyə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar