Rayonda qaban ovçusu saxlanıldı - FOTO
23 dekabr 2022 12:32 (UTC +04:00)

Rayonda qaban ovçusu saxlanıldı - FOTO

0

Daşkəsəndə qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayonun Xoşbulaq kənd sakini Elşad Allahverdiyevin, özünəməxsus müvafiq icazə sənədləri olan “TOZ” markalı tüfənglə Daşkəsən rayon Təzəkənd kənd ərazisində qanunsuz olaraq çöl qabanı ovlaması müəyyən edilib.

E. Allahverdiyev qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və bir ədəd ov tüfəngi, patronlar eləcə də çöl qabanı maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Elşad Allahverdiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3214

Oxşar yazılar