Noyabrın 5-də Sabirabad rayonunda evlərin birindəki seyfdən 2000 manat pul və 7500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rüstəmli kənd sakini, əvvəllər məhkum olunmuş B.Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.