Rayonda DƏHŞƏT:  Qaynana və gəlin kişinin asılmış meyitini tapdı
22 yanvar 2024 17:08 (UTC +04:00)

Rayonda DƏHŞƏT: Qaynana və gəlin kişinin asılmış meyitini tapdı

Zərdab rayonunda intihar hadisəsi baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məlikli kəndində qeydə alınıb. 

Kənd sakini, 41 yaşlı Pərviz Mikayıl oğlu Hacıyev yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.

Onun asılmış meyitini anası və arvadı aşkar edib. 

İntiharın dəqiq səbəbləri məlum olmasa da, Pərviz Hacıyevin uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi və ağrılara dözə bilmədiyi üçün intihara əl atdığı ehtimal edilir. 

Faktla bağlı Zərdab rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5724
avatar

Fidan İlqar

Oxşar yazılar