Biləsuvarda tutulan narkotacirlər
27 avqust 2021 09:51 (UTC +04:00)

Biləsuvarda tutulan narkotacirlər

Rayonda 7 narkotacir tutuldu, sosial şəbəkədə "patı" satırdılar -VİDEO

Biləsuvarda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyad Baqautdinov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan ayrı-ayrı plastik qablarda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə heroin və əlavə olaraq 300 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanıb.

Aparılan araşdırmalarla Z.Baqautdinovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. O da müəyyən edilib ki, Z.Baqautdinov əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışını sosial şəbəkələrdə yaratdığı müxtəlif hesablar vasitəsilə təşkil edirmiş.

Keçirilən digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər rayon sakini – K. Şirəli, B. Gülalıyev, L. Abdullayev, R. Məmmədov, T. Mayılzadə və R. İsayev saxlanılıblar. Onların hər birinin üzərində hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Biləsuvarda "patı" satanlar tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2441

Oxşar yazılar

Gəncədə qudalar arasında QANLI DAVA:  Ağır yaralananlar var

Gəncədə qudalar arasında QANLI DAVA: Ağır yaralananlar var

3 iyun 2025 , 05:12
Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28
Dəhşətli cinayət:  İtləri zorlayan kişilər  tutuldu

Dəhşətli cinayət: İtləri zorlayan kişilər tutuldu

2 iyun 2025 , 19:33
Astarada tələbə dənizdə boğuldu  -YENİLƏNİB

Astarada tələbə dənizdə boğuldu -YENİLƏNİB

2 iyun 2025 , 19:18
Sumqayıtda FACİƏ:  Kişi qonaq getdiyi qadının evində öldü

Sumqayıtda FACİƏ: Kişi qonaq getdiyi qadının evində öldü

2 iyun 2025 , 18:54