Rayon sakini  qardaşını öldürdü,   onun arvadını...
28 dekabr 2021 16:42 (UTC +04:00)

Rayon sakini qardaşını öldürdü, onun arvadını...

0

Saatlıda bıçaqlanna hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Saatlı rayonunun Qıraqlı kəndində qeydə alınıb.

Kənd sakini, 53 yaşlı Əliyev Arif Səttar oğlu qardaşı, Qıraqlı kənd sakini, 60 yaşlı Əliyev Əbdülrəhman Səttar oğlunu və onun həyat yoldaşı 46 yaşlı Əliyeva Arzu Sədaqət qızını bıçaqlayıb.

Hər iki şəxs ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ə.Əliyev əməliyyata götürülüb.

Əbdürrəhman Əliyev xəstəxanada əməliyyat zamanı ölüb.

Faktla bağlı Saatlı Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2899

Oxşar yazılar