Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Asim Mircəfərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.
Üzərindən narkotik tapılan Asim Mircəfərov