İsmayıllı sakinindan psixotrop maddə aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində “patı” kimi tanınan psixotrop maddə metamfetamin daşımaqda şübhəli bilinən şəhər sakini Rəhman Qardaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.