Rayon sakini özünü qəbiristanlıqda asdı
07 mart 2022 15:15 (UTC +04:00)

Rayon sakini özünü qəbiristanlıqda asdı

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.

973-cü il təvəllüdlü Zeynal Əliyar oğlu (soyadı dəqiqləşdirilir) kəndin qəbiristanlığındakı çardaqdan özünü asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394

Oxşar yazılar