Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə hadisə rayonun Dönük Qırıxlı kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü Məmmədov Orxan Şahlar oğlu kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 35 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu