Qazax sakini, 1956-ci il təvəllüdlü Qocayev Tahir Xəlil oğlu arı sancması nəticəsində ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.
65 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.