"Rahat market"dən araq oğurlayan şəxs  satıcıları bıçaqladı
15 iyul 2024 03:21 (UTC +04:00)

"Rahat market"dən araq oğurlayan şəxs satıcıları bıçaqladı

Bakının Sabunçu rayonunda satıcılar oğurluğun qarşısını alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, "Rahat market"dən hələlik şəxsiyyəti məlum olmayan şəxs dəyəri 490 manat olan spirtli içkini oğurlayıb.

Naməlum şəxs qaçarkən satıcılar 1999-cu il təvəllüdlü Nuriyev Elsəvər Seymur oğlu və 1998-ci il təvəllüdlü Yunusov Fərid Mürşüd oğlu onun izinə düşüb.

Araq oğurlayan şəxs əvvəlcə bıçaqla F.Yunusova xəsarət yetirib.

Daha sonra avtomobili ilə E.Nuriyevi vurub. Buna baxmayaraq satıcılar oğurlanan məhsulu geri ala bilib.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Oğurluq edərək satıcılara xəsarət yetirən şəxs saxlanılıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimıərin verdiyi məlumata görə, onlara ilkin tibbi yardım göstəriıib. Həyatı təhlükələri yoxdur.

Mağaza müdiri hər iki satıcını mükafatlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6270

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15