Qusardan Qubaya gedib evi taladı:  Qızıl-zinyət əşyaları...
09 aprel 2024 10:41 (UTC +04:00)

Qusardan Qubaya gedib evi taladı: Qızıl-zinyət əşyaları...

Qusardan Qubaya oğurluq etmək üçün gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba Rayon  Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayonun Alekseyevka kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən, Qusar rayon sakini Tahir Azayev saxlanılıb.

Həmin şəxs talama məqsədilə tanımadığı şəxsə məxsus evə gizlin daxil olub və oradan qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Azayevin barəsində həbs qətimkan tədbiri seçilib.

# 1632
avatar

Fidan İlqar

Oxşar yazılar