Əl yandıran kirayə ev qiymətləri: Artımın səbəbi nədir? – EKSPERT AÇIQLADI
06 aprel 2024 11:03 (UTC +04:00)

Əl yandıran kirayə ev qiymətləri: Artımın səbəbi nədir? – EKSPERT AÇIQLADI

Əvvəlki illərə nəzər yetirsək, görərik ki, daşınmaz əmlak bazarında durğunluq müşahidə olunurdu. Bir ara bütün alqı-satqı prosesləri tamamilə dayanmışdı. Daha sonra ipoteka və digər kreditlə satılan mənzillərin satışı canlandı.

Maraqlıdır, görəsən, Bakıdakı kirayə qiymətlərində hər hansı bir artım müşahidə olunurmu? Əgər artım varsa, bunun səbəbi nədir?

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əmlak bazarında 2024-cü ilin ilk yarısı üçün qiymətlərdə artım qeydə alınır. 

Onun sözlərinə görə, Bakı və ətraf qəsəbələrdə kirayə mənzil bazarında bu daha çox müşahidə olunur:

“Hər il bu aylarda kirayə mənzil bazarında qiymətlərin tədricən enməsi və təkrar mənzil bazarına yeni-yeni kirayə mənzillərin çıxması qeydə alınırdısa, bu il bu cür halları müşahidə etmirik. Belə ki, bu il keçən illərdə olduğundan kirayə mənzil bazarına daha az mənzil çıxarılır və bu mənzillərin qiymətlərinin də o qədər ürək açıcı olmadığını müşahidə edirik. Bu da öz növbəsində kirayə mənzil bazarında qiymətlərin artmasına və mənzil çatışmazlığına səbəb olur. Keçən illərə nəzər salsaq, görərik ki, təkrar mənzil bazarına 20-25 mənzil çıxarılırdısa, indi bu rəqəm gündəlik 8-12 mənzilə qədər enib. Digər tərəfdən isə təkrar kirayə mənzil bazarına keçmiş illərlə müqayisədə daha çox müştərinin müraciət etməsi və yeni kirayə mənzillər tutmaq istəməsi burada olan tarazlığı pozur və tələb təklifləri üstələyir. Bu da öz növbəsində mənzillərin real qiymətindən daha yuxarı qiymətə təklif olunmasına gətirib çıxarır. Əgər, əvvəlki illərdə kirayə mənzil bazarına daxil olan müştəri 3-5 mənzilə baxıb onlardan 1-ni seçirdisə, indi bu komfort yoxdur. Çünki, mənzil tapmaq çox çətindir və seçənək o qədər də çox deyil. Kirayə ev axtaran bilir ki, 1-2 saat ərzində tapdığı mənzili əgər götürməsə onu digər kirayə axtaran götürəcək. Elə ona görə də tapdığı mənzil o qədər də ürəyincə olmasa da belə ani qərar qəbul edir. Kirayə mənzil sahibi isə əvvəllər kirayəçi ilə qiymət barəsində bazarlıq edib endirim edirdisə, indi bunu da etmir çünki, o bilir ki, bu da götürməsə mənzili digər kirayəçi götürəcək”. 

Anar Nəsirov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya və Ukrayna arasında olan müharibə və bu müharibədən qaçan Ukrayna tərəfindən gəlmiş dinc sakinlər və Rusiyada uşaqlarını hərbi xidmətdən yayındırmaq üçün Azərbaycana üz tutmuş müştərilərdir:

“Bundan başqa müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, rayon və şəhərlərdən işləmək üçün paytaxt Bakıya gələnlərin sayında da artım müşahidə olunur. Belə ki, rayonlarda özünə münasib iş tapa bilməyən insanlar paytaxt Bakıya işləmək üçün gəlirlər. Bu da öz növbəsində kirayə mənzil bazarına təsir edir. Digər bir amil kimi paytaxt Bakıda söküntüyə gedən pilot evlərin tikintisi üçün sərəncam verilmiş həyət evlərinin söküntüsüdür. Söküntünü həyata keçirən tikinti şirkəti orada yaşayan 60-100 ailənin evini sökür və onlara yeni evlər tikib, təhvil verdiyi üçün onları kirayə mənzillərlə təmin edir. Nəzərə almalıyıq ki, tikinti şirkəti bir binanı 3 ilə tikib təhvil verir. Onda deməli, kirayə evlə təchiz edilmiş ailələr 3 il kirayədə yaşayacaq və kirayə mənzil bazarında 3 il yeni mənzilin qayıtmamasına səbəb olacaq. Çünki adətən bu cür söküntüdən kirayə çıxarılmış sakinlər öz evlərinin mebel və aksesuarları ilə birgə köçürülür və ancaq öz mənzilləri tikilib başa çatdıqdan sonra öz əşyaları ilə mənzillərinə qayıdırlar. Adətən söküntüdən çıxan sakinlər tez-tez ev dəyişmirlər, çünki, onların mebel və aksesuarla birgə köçməyi çox çətindir. Düşünürəm ki, nə vaxta qədər kirayə mənzil tələbi kirayə mənzil təklifindən daha çox olacaq, onda qiymətlərin yuxarı qalxması təbii haldır və belə də olacaq”. 

# 5457
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

II və III qruplara imtahan keçirilir

II və III qruplara imtahan keçirilir

26 may 2024 , 06:47
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17
Sabah Bakıda şimşək çaxacaq,  yağış yağacaq - PROQNOZ

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

25 may 2024 , 12:59
Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

25 may 2024 , 11:51
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

25 may 2024 , 09:56
Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05