Qusarda "Opel" betona çırpıldı, sürücü öldü
14 iyun 2023 13:00 (UTC +04:00)

Qusarda "Opel" betona çırpıldı, sürücü öldü

Qusarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə iyunun 12-də saat 2 radələrində Qusar rayonunun Samur qəsəbəsi ərazisində baş verib. Rayon sakini A.Hacıverdiyev idarə etdiyi “Opel” markalı avtomobili beton arakəsməyə vurub.

Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib. Onlardan H.Hacıverdiyev orada ölüb.

Qusar rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar