Qubadlıda bir nəfər minaya düşüb.
Azərbaycanın Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 30-da işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.
Partlayış nəticəsində, minaaxtaran it bələdçisi 38 yaşlı Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dinaləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.
Hadisə araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.