Quba rayonunun Səbətlər kəndində 3 nəfər göbələkdən zəhərlənib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bir ailənin üzvləri olan, Seyidova İqlimə Şahgədə qızı, onun əri Seyidov Seyid Mövlud oğlu və övladları Ümman Seyidov meşədən topladıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına gətiriliblər, tibbi yardımdan sonra vəziyyətləri yaxşılaşdığı üçün ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.