Qubada avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 2-də Mirzəməmmədkənd kəndində qeydə alınıb.
Əliyev Süleyman Hüseynqulu oğlu idarə etdiyi avtomobillə yolu keçən piyada Xəlilov Şıxseyid Şahbala oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən oktyabrın 6-da xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi açılıb.