Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin narkotik maddə qəbul etdiyi görüntülər yayılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 37 yaşlı Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.
Digər şəxslər - 41 yaşlı Rəsul Quliyev, 39 yaşlı Elxan Məmmədov, 46 yaşlı Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.