Ağdaş şəhərində fərdi yaşayış evlərinin birində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və rayon Polis Şöbəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın söndürülərək ətrafdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı aparılan araşdırmalar zamanı yanğının naməlum şəxs və yaxud şəxslərin törətdiyi müəyyən edilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən zərərçəkmişin qonşusu Tural Məmmədov saxlanılıb.O, ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.