Daxili İşlər Nazirliyi Samuxda baş verən insident barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Samux rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 22 yaşlı Ayxan Nəbiyev və anası A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 63 yaşlı Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 41 yaşlı Fədail Quliyev saxlanılıb.
***
19:14
Samuxda baş verən incident zamanı 4 nəfər bıçaqlanıb, hadisəni törədən şəxs özünə də xəsarət yetirib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, 63 yaşlı Həsənov Xaliq Zaman oğlu və 41 yaşlı Quliyev Fədail Vaqif oğlu da bıçaq xəsarətləri alıb.
İlkin məlumata görə, hadisə qonuşlar arasında şəxsi münaqişə zəmnində baş verib. Hadisəni Fədail Quliyevin törətdiyi bildirilir. O, daha sonra özünə də xəsarət yetirib.
***
18:41
Samuxda bıçaqlanma baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
43 yaşlı Aynur Nəbiyeva və onun övladı 22 yaşlı Ayxan Nəbiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onlar əməliyyat ediliblər.
Hadisənin baş vermə səbəbləri araşdırılır.