Qonşular arasında KÜTLƏVİ DAVA:  bir ailənin 3 üzvü...
16 may 2021 01:12 (UTC +04:00)

Qonşular arasında KÜTLƏVİ DAVA: bir ailənin 3 üzvü...

Mingəçevirdə qonşular arasında mübahisə davaya çevrilib.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında “Bağlar” yaşayış massivi, 7-ci küçədə fərdi təsərrüfatlardan birində baş verib.

Əlbəyaxa dava zamanı bir ailənin 3 üzvü – ata, ana və onların qızları döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

1988-ci il təvəllüdlü Yadigarova Zeynəb Yaqub qızı xəstəxanaya yerləşdirilib. Z.Yadigarovun valideynlərinə isə xıstəxana şəraitində tibbi yardım göstərilib. 

Davanın başvermə səbəbləri araşdırılır.

İlkin məlumata görə, dava zərərçəkən ailənin həyətində baş verib.
 

# 3582
avatar

Oxşar yazılar