Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Dmanisi rayonunda qeydə alınmış güclü zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın yerli bürosuna rayonun meri Koba Muradaşvili bildirib. Onun sözlərinə görə, zəlzələnin episentri Dmanisidə qeydə alınsa da, rayonda sakitlik hökm sürür, dağıntı və tələfat barədə isə heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, episentri Dmanisi rayonunun Gürcüstan-Ermənistan sərhədində yerləşən Sameba kəndində baş vermiş 6,2 bal gücündə zəlzələ paytaxt Tbilisidə, eləcə də İrəvanda hiss edilib.
***
22.55
Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi yerli vaxtla 22:25-də qeydə alınmış zəlzələ ilə bağlı məlumatı yeniləyib.
Mərkəzdən APA-nın yerli bürosuna daxil olan məlumata görə, Sameba kəndi yaxınlığında qeydə alınmış zəlzələnin gücü 6,2 bal olub. Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib.
***
22.49
Gürcüstanda yerli vaxtla 22:25-də 5,8 bal gücündə zəlzələ baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Dmanisi yaxınlığındakı Sameba kəndində yerləşir. Dağıntı və tələfat barəsində məlumat yoxdur.