Qobustanda  hasardan tullanan   yeniyetmə ağır yaralandı
08 noyabr 2023 18:04 (UTC +04:00)

Qobustanda hasardan tullanan yeniyetmə ağır yaralandı

Qobustan rayon sakini, 16 yaşlı Bayramlı Nofəl Saleh oğlu hasardan tullanarkən ciddi xəsarət alıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına transfer olunub. 

Xəstəyə Təcili tibbi yardım bölməsinin personalı zəruri xidmətlər göstərib. Travmatoloq, uroloq, ümumi cərrah və reanimatoloqun konsultasiyası təşkil edilib, laborator-instrumental müayinələr aparılıb. 

Pasiyentə sağ sağrı nahiyəsinin qarın boşluğuna nüfuz edən deşilmiş yara diaqnozu qoyulub. Qan tədarükü görülüb və xəstə əməliyyata alınıb. 

Əməliyyat zamanı qarın boşluğu açılıb, tam təmizlənib, orqanlar və ətrafı təftiş edilib və dəmir parçası çıxarılaraq yerinə drenaj qoyulub. 

Əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti stabildir, müalicəsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Arzu Qurbanlı

Oxşar yazılar